“2021-ci ildə Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı, Tərtər və Astara rayonlarında olmaqla yeddi KOB dostu fəaliyyətə başlayıb”.
Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, hazırda KOB dostu şəbəkəsi ölkənin 27 şəhər və rayonunu əhatə edir:
“KOB dostları sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərir”.
Könül Cəfərli