"Türkiyədəki tərəfdaşlarımızla əlavə layihə üzərində işləyirik".
Oxu.Az xəbər verir ki, bu fikirləri energetika nazirinin müavini Orxan Zeynalov 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən müzakirələrdə deyib.
Nazir müavini bildirib ki, onlardan biri iki ölkəni birləşdirəcək Azərbaycan-Türkiyə interkonnektorudur:
"Layihəyə görə, biz artıq 1 GVt enerji ayırmışıq, lakin kommersiya və texniki investisiyalarla müqayisədə bu, 3 GVt-a qədər arta bilər. Xüsusilə də Avropa və maliyyə bazarlarına daha yaxşı qoşula biləcək şimali Türkiyədə çox yaxşı potensialımız var. Gələcək layihələr də artıq mövcud planlara uyğun şəkildə qurula və inteqrasiya oluna bilər".