SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 760 m olan 20 saylı quyuda qazma işlərinə başlayıb.
Bu barədə şirkətdən Oxu.Az-a bildirib.
Qeyd edək ki, 20 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.
Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.
Yeni qazılan istismar quyusunun azimutu 25 dərəcə, inhirafı isə 253 m təşkil edir.
SOCAR-AQŞ-dan bildirilib ki, bu və növbəti quyular Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.
Ülviyyə R. Əli
www.oxu.az