“SOCAR-AQŞ” 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 890 metr olan 25 saylı quyuda qazma işlərinə başlayır.
Bu barədə “SOCAR-AQŞ”-dən Oxu.Az-a bildirilib.
Məlumata görə, quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.
“SOCAR-AQŞ”-dən qeyd edilib ki, quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Ülviyyə R. Əli
www.oxu.az