Bu gün saat 14:00-dan 18:00-dək Quba rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilə qaz ölçü qovşaqlarında metroloji göstəricilərin təftiş olunması ilə əlaqədardır.