Rabitəbank ASC 02.03.2015-ci il tarixindən əmanətlərinin faiz dərəcələrini 13%-dək artırdı.
2 illik depozitlər üzrə faiz dərəcəsi manatla olan depozitlərdə 13%, ABŞ dollarında olan depozitlərdə 12%-dək artırılıb.
1 illik depozitlər üzrə faiz dərəcəsi manat depozitlərində 12,5%, ABŞ dollarında olan depozitlərdə 11,5% təşkil edib.
Müştərilər Rabitəbank-da depozitləri 3, 6, 12 və 24 ay müddətinə, faizləri əvvəlcədən, aylıq, rüblük, 6 aydan bir, ildə bir dəfə və müddətin sonunda almaqla yerləşdirə bilərlər.
Depozit yerləşdirən hər bir müştəri faizlərin əldə olunması üçün pulsuz plastik kart ala bilər. Müştəriyə vəsait lazım olduqda depozit müştərilər aşağı faizlə kredit xəttlərindən istifadə edə bilərlər.
1993-cü ildə fəaliyyətə başlayan “Rabitəbank ASC”, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirib və universal banka çevrilib.
Hazırda “Rabitəbank ASC”-nin 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.
28.02.2015-ci il tarixinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 6.7% artaraq 325 milyon AZN, müştərilərə verilən kreditlər 3% artaraq 229 milyon AZN, depozitlər 6.4% artaraq 225 milyon AZN və kapital 1.1% artaraq 59 milyon AZN təşkil edib.
Depozitlər üzrə ətraflı məlumatı Rabitəbank-ın rəsmi saytından www.rabitabank.com və 133 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.