Bu gün Göygöl rayonunda Əmək yarmarkası keçirilir.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, daha üç rayonda Əmək yarmarkası keçiriləcək.
“Aktiv məşğulluq tədbirində 13-ü özəl sektora aid 38 müəssisə üzrə 230-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim ediləcək. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də var. Tədbir zamanı peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb olunmaq üçün işsiz və işaxtaran vətəndaşların qeydiyyatı da aparılacaq”, - məlumatda deyilib.
Sentyabrın 5-də isə Qusar, Sabirabad və Saatlı rayonlarında Əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Hazırda yarmarkalara hazırlıqla bağlı idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatlar toplanır.
Gülnarə Zeynalova
www.oxu.az