Dünyada ən məşhur saat markası olan Rolex (İsçevrə) Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, şirkətin nümayəndələri artıq ölkəmizdəki holdinqlərdən biri ilə bu istiqamətdə danışıqlar aparmağa başlayıblar.
Gözlənilir ki, Bakıda Rolex-in Azərbaycan nümayəndəliyi 2015-ci ilin əvvəlində açılacaq.
Qeyd edək ki, İsveçrənin bütün dünyada məşhur olan Rolex şirkəti 1905-ci ildə alman Hans Vilsdorf və onun kürəkəni Alfred Davi tərəfindən yaradılıb.
Rolex SA şirkəti hazırda qol saatları və aksessuarların istehsalı ilə məşğuldur. Şirkət ildə yarım milyonadək saat istehsal edir.