Martın 11-də saat 09:00-dan etibarən gün ərzində Bakı şəhərinin Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Xatırladaq ki, məhdudiyyət Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
www.oxu.az