Noyabrın 18-də gün ərzində Nərimanov rayonunun Ə.Rəcəbli, A.Nemətulla,Y.V.Çəmənzəminli, F.Xoyski, F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən Oxu.Az-a bildirilib.
Qeyd edək ki, yaranmış vəziyyət Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin verilməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ülviyyə R. Əli
www.oxu.az