Sabah saat 10:00-dan 18:00-dək Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.
“Təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə qurumdan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az