İyulun 15-də 10:00-dan 18:00-dək Şəmkir və Füzuli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən bildirilib.
“Azəriqaz”-dan verilən məlumata görə, təmir işlərinin Qaradağ rayonunun Səngəçal və Sahil qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Qeyd edək ki, məhdudiyyətin yaranmasına səbəb qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri ilə bağlıdır.
Ülviyyə R. Əli
www.oxu.az