Sentyabrın 11-də saat 10:00-dan 18:00-dək Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən bildirilib.
“Azəriqaz” qeyd edib ki, təmir müddətində Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.
Ülviyyə R. Əli
www.oxu.az