Fevralın 11-də saat 10:00-dan 18:00-dək Bakı şəhərinin Kürdəxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Qeyd edək ki, aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Xatırladaq ki, qaz təchizatında məhdudiyyətin yaranmasına səbəb qazpaylama stansiyalarında aparılan təmir işləri ilə əlaqədardır.
www.oxu.az