Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işləri aparılacaq.
Oxu.Az-a bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, bununla əlaqədar yanvarın 16-da gün ərzində Sumqayıt şəhərinin 1,2,6,11,13-cü mikrorayonlarına, 4,5,17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.