Şabran rayonunun Zeyvə kəndinə təbii qaz verilməsi münasibəti ilə tədbir keçirilib.
Oxu.Az-ın ARDNŞ-ə istinadla verdiyi məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, 350 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1136 metr olan müxtəlif diametrli polietilen və 24948 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Eyni zamanda 74 ədəd siyirtmə, 350 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.