Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sahibə Qafarova: “Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır”
“Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib. Spiker, həmçinin deyib ki, Azərbaycan 2030-cu ilə qədər dünyada bərpa olunan enerji gücünü üç dəfə artırmaq qlobal təşəbbüsünə qoşulub.
“Ölkəmiz beynəlxalq birliyin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin tanınmasıdır”, -deyə Sahibə Qafarova əlavə edib.
Parlament sədri bildirib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri xüsusi önəm daşıyır. Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib.
“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi, şübhəsiz ki, ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin də inkişafına töhfə verəcək”.
"COP29" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib