Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması nəzərdə tutulur.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Belə ki, ƏDV ödəmək öhdəliyi yaradan dövriyyə həddi 200 min manatdan 400 min manata çatdırılacaq.
Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişiklik ediləcək.
Mərahim Nəsib