Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Samir Şərifov: Azərbaycana investisiya reytinqi verilməlidir
Dünyanın aparıcı reytinq agentlikləri olan “Standard and Poor's”, “Moody's” və “Fitch” Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsində müəyyən edib, lakin biz bu reytinqdən narazıyıq. Hesab edirik ki, Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki “BBB-” səviyyəsində olmalıdır.
Oxu.Az xəbər verir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov dövlət televiziyasına müsahibəsində ölkəmizə investisiya reytinqi verilməli olduğunu vurğulayıb.
“Çünki Azərbaycan iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb”, - deyə nazir bildirib.
"Samir Şərifov" teqi üzrə xəbərlər
- Yeni vəzifəyə təyin edilən Samir Şərifovdan İLK AÇIQLAMA
- Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdi: YENİ TƏYİNAT
- Naxçıvana dotasiyanın məbləği 35 milyon manata yaxın azaldılır - SƏBƏB
- Gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılıb
- Azərbaycan gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərini daha 159 milyon manat artırır