Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Samur çayı üzərində yeni körpü bir ildən sonra hazır olacaq
Azərbaycan 2020-ci ilin sonlarınadək Bakıdan Rusiya sərhədinədək olan magistralı inşa edəcək.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.
“Bakıdan Rusiya sərhədinədək magistralımız var. Ancaq o, bizi qane etmir. Buna görə ölkə prezidenti yeni magistralın inşası ilə bağlı sərəncam imzaladı. Yol 2020-ci ilin sonlarınadək təhvil veriləcək”, - Mustafayev deyib.
Onun sözlərinə görə, İranla sərhədədək olan yeni inşa edilmiş magistral pullu olacaq.
Azərbaycanlı nazir Rusiya Federasiyası ilə sərhəddəki Samur çayı üzərində inşa edilən körpünün bir il sonda istifadəyə veriləcəyini istisna etməyib.
O bildirib ki, Rusiya öz tərəfindən gömrük və digər infrastrukturların yaradılmasını vəd edib.
“Bu körpü iki ölkənin iqtisadi əməkdaşlığına xidmət edəcək”, - nazir qeyd edib.
Mustafayev əlavə edib ki, Azərbaycan dəmiryolu infrastrukturunu yeniləmək üçün tədbirlər həyata keçirir. O məlumat verib ki, Rusiya şirkətləri yüklərini yeni Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə və cənub limanlarına göndərməyi planlaşdırır.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"