İtaliyanın “Snam” şirkəti Azərbaycandan Avropaya qaz nəql edəcək Təbii Qaz Boru Xətti (TAP) layihəsinə investiya ilə bağlı 2015-ci ilin sonuna qədər qərar qəbul edəcək.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə “Snam” ın icraçı direktoru Karlo Malakarne (Carlo Malacarne) "Ambrosseti Forum" biznes konfransında çıxışı zamanı deyib.

“Bu barədə ilin sonuna qədər daha çox məlumatlı olacağımıza inanıram” - deyə, o çıxışı zamanı əlavə edib.
O, həmçinin İtaliyanın illik qaz tələbatının bu il daha 5% artaraq 70-71 milyard kubmetrə çatdığını bildirib.
Onu da əlavə edək ki, TAP-da payçılar arasında səhmlər belə müəyyənləşdirilib: BP - 20%, SOCAR - 20%, Statoil - 20%, Fluxys - 19%, Enagas - 16% və Axpo - 5%.
Məlumat üçün bildirək ki, Malayziyanın Dövlət Neft Şirkəti “Petronas” da TAP-dan səhm almaq niyyətindədir.
Ülviyyə R. Əli
www.oxu.az