Dövlət Neft Şirkəti (SOCAR) 2013-cü ilin avqust ayında dövlət büdcəsinə 130 milyon 280 min manat vəsait ödəyib. Bu, ötən ilin avqust ayına nisbətən 8 milyon 14 min manat və ya 106,6 faiz çox olub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 49 milyon 914 min manat vəsait ödənib.
Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 5 min manat və ya 114,9 faiz yüksəkdir.
Bundan əlavə, cari ilin avqustunda SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 407 min manat vəsait köçürüb.
Bu ilin yanvar-avqust aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 106 milyon 88 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarına nisbətən 1 milyon 166 min manat və ya 101,1 faiz çox olub.