“Neft Daşları” yatağındakı 1887 nömrəli özüldən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılmış quyu 3030-3016 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.
Gülnarə Zeynalova
www.oxu.az