Bakının Sabunçu qəsəbəsindəki bazarın içərisində əxlaqsızlıq yuvası aşkar edilib.
Oxu.Az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbəsindəki bazarın içərisində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil edildiyi məlum olub.
Abşeron rayon sakini Leyla Qasımovanın gəlir əldə etmək məqsədilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.