SOCAR ilə Gürcüstanın Energetika Nazirliyi və Patriarxiyası arasında 2013-cü il oktyabrın 19-da tərtib edilmiş əməkdaşlıq haqqında protokola əsasən, SOCAR qarşı tərəfin təqdim etdiyi siyahı üzrə bu ölkədə fəaliyyət göstərən dini ibadət ocaqları tərəfindən 2013-cü il noyabrın 1-dən 2014-cü il noyabrın 1-ə kimi məişət məqsədləri üçün istifadə olunan təbii qazın dəyərinin ödənilməsinə dair müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, mayın 3-də SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun imzaladığı müqaviləyə görə, şirkət Gürcüstanın pravoslav kilsə və monastırları, həmçinin müxtəlif dini konfessiyalara (kilsə-monastır, məscid və sinaqoq) məxsus müəssisələr tərəfindən bir il müddətinə istifadə olunmuş təbii qazın haqqını öz hesabına ödəyəcək.
Gülnarə Zeynalova
www.oxu.az