Bu gecə Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda “VAZ” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir yolayrıcıya çırpılıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü, 1980-ci il təvəllüdlü Yarışov Azad Əbil oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.
Xilasedicilər A.Yarışovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.