“SOCAR Turkey Energy” şirkəti Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsində 7% iştirak payı alacaq.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “SOCAR Turkey Energy”nin rəhbəri Kənan Yavuz bildirib.
Qeyd edək ki, layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib:
“Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
Ülviyyə R. Əli
www.oxu.az