Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"SOCAR Green" və Universal Energy Azərbaycanda yaşıl enerjinin inkişafı üçün qüvvələrini birləşdirir
"SOCAR Green" MMC və "Universal Energy Co. Ltd." arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin birgə həyata keçirilməsi imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SOCAR Green" məlumat dərc edib.
Bildirilib ki, saziş ölkədə bərpa olunan enerji infrastrukturunun gücləndirilməsi məqsədilə günəş və külək enerjisi (quruda və dənizdə), eləcə də enerji saxlama sistemləri sahəsində layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın əsasını qoyur.
"Sənəd layihənin hazırlanması, EPC (mühəndislik, satınalma və tikinti) və O&M (istismar və texniki xidmət) sahələrində birgə fəaliyyəti nəzərdə tutur. Bu strateji tərəfdaşlıq regionda davamlı enerji həllərinin irəliləyişinə doğru mühüm addımdır", - deyə "SOCAR Green"dən bildirib.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
- "SOCAR" İsveçrədə elektrikli yük avtomobilləri üçün ilk sürətli enerjidoldurma stansiyasını açdı
- İsrail "Tamar" layihəsinin 10%-nin SOCAR-a satılmasını təsdiqləyib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ