Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda karbamid zavodunun inşası 2014-cü ilin sonunda başlaya bilər.
Oxu.Az minval.az-a istinadən xəbər verir ki, SOCAR-ın iki karbamid zavodunun inşası üzrə planları var.
Onlardan biri Azərbaycanda, Sumqayıt şəhərində, ikincisi isə Gürcüstanda olacaq.
Agentliyin müsahibinin sözlərinə görə, hazırda Gürcüstanda zavodun inşası çərçivəsində hazırlıq işləri gedir, bundan sonra banklarla işə başlamaq planlaşdırılır.
“Bu layihə aktual olaraq qalır və indi onun çərçivəsində fəal işlər aparılır. Gürcüstandakı zavod Azərbaycanda inşa olunacaq zavodla eyni olacaq” – deyə, mənbə qeyd edib.
Azərbaycanda karbamid istehsalı üzrə zavodun inşası 2016-cı ildə başa çatacaq. Ölkəmizdə bu zavodun inşası layihəsinin əsas podratçısı Cənubi Koreyanın Samsung Engineering Co., Ltd. şirkətidir.