SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Dorin Junqetu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
SOCAR-ın prezidenti Moldovanın energetika naziri ilə görüşüb - VİDEO
Bildirilib ki, görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub, bu baxımdan, Cənub Qaz Dəhlizinin rolu xüsusi vurğulanıb.
Söhbət zamanı SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.