"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Qarabağ" yatağında qısa müddətdə neft hasilatına başlayacağına ümid edir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
"Bizim neft hasilatımızın əsas həcmi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşür. Əsas məqsədimiz neft hasilatının düşmə sürətini sabitləşdirmək və sonra müəyyən bir vaxt bu səviyyədə saxlamaqdır. Eyni zamanda, yeni yataqların mənimsənilməsidir", - o bildirib.