Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda dəhşətli İNTİHAR: Komendant intihar edən gəncə mane olmaq istəyibmiş
Bakıda baş verən dəhşətli intiharla bağlı yeni faktlar məlum olub.
Lent.az xəbər verir ki, hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş. Onun intihar etmək istədiyini görən komendant Namiq Məmiyev gənc oğlana mane olmağa çalışıb. Elə bu zaman komendant da intihar edən gənclə bir yerdə 16-cı mərtəbədən düşüb.
Lakin bunlar bina sakinlərinin dedikləridir. Hadisənin dəqiq baş vermə şəraiti və səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq.
Bakıda dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.
Bakıda dəhşətli intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.
Almaz Qasımova
"İntihar hadisəsi" teqi üzrə xəbərlər
- Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı - RƏSMİ AÇIQLAMA
- Bakıda məktəbli qızın özünü binadan atması ilə bağlı RƏSMİ AÇIQLAMA
- İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi
- Uşaqları ölümlərə sürükləyən oyunlar: Onlara məhdudiyyət qoyula bilər?
- 17 yaşlı qız yaşadığı evin həyətində özünü asdı
Rəylər