Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
SOCAR ITFC ilə dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə İİB arasında uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, İİB tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən energetika sektorunda həyata keçirilən layihələrin Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın həyata keçirdiyi investisiya layihələri haqqında məlumat verilib, karbohidrogen ehtiyatlarının dayanıqlı hasilatı, bərpaolunan enerji mənbələrinin inkişafı, habelə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib.
Tərəflər infrastruktur layihələri, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Rövşən Nəcəf" teqi üzrə xəbərlər
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- Əli Əsədov "Barselona" prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"
- COP29-un Yaşıl Zonasında "Enerji keçidi üçün süni intellektin tətbiqi" adlı tədbir keçirilib