Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“SOCAR karbamid” zavodu ölkəyə nə verəcək? - VİDEO
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, karbamid zavodunun layihəsi prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib.
“SOCAR karbamid” zavodu qeyri neft sektorunun inkişafına istiqamətlənib.
Ekspert İlham Şabanov deyir ki, indiyədək azot gübrələri Azərbaycana Rusiya və digər ölkələrdən idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək.
Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.
İlham Şabanov deyir ki, daxili tələbatı ödəməklə kifayətlənməyən bu məhsul kənd təsərrüfatı ölkəsi kimi tanınan Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də maraq dairəsindədir.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bu məhsulun xaricə ixracı Azərbaycana il ərzində 90-160 milyon dollarlıq gəlirin daxil olmasına səbəb olacaq.
Billurə Mikayıllı, Valeh Arifoğlu