Bu ilin yanvar-iyul aylarında "SOCAR Polymer" MMC 154.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Oxu.Az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayından əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 milyon ABŞ dolları və ya 2.2% azdır.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı illik müqayisədə 18.3% artaraq 2.5 milyard ABŞ dollarına çatıb.

Qaynar xətt:
(055) 224 12 12