Socar Ukraynanın Xarkov vilayətində üç yanacaqdoldurma məntəqəsi açıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.
Məlumatda qeyd olunur ki, əhalisinin sayına görə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda “SOCAR” YDM-lərində Polşa, Litva və Belarusda istehsal olunmuş Avro-5 standartına uyğun yanacaq növləri - А-92, А-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı reallaşdırılır.
Burada müştərilər nağd, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları vasitəsilə ödəniş edə bilərlər. Müxtəlif xidmətlər, o cümlədən Wi-Fi, mobil telefonların enerji təminatı pulsuzdur.
Xatırladaq ki, Ukraynanın digər şəhərlərində olduğu kimi Xarkovdakı “SOCAR” YDM-ləri də “Handicapfriendly” prinsipi ilə işləyir. Burada əlillərin rahat hərəkət etməsi üçün şərait yaradılıb.
www.oxu.az