Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında enerji keçidi və rəqəmsallaşma məsələləri üzrə fikir mübadiləsi aparılıb.
SOCAR-dan verilən məlumata görə, bununla bağlı SOCAR və IMF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə IMF arasındakı səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində tərəfdaşlarla birgə atılan addımlar, SOCAR-ın strateji hədəfləri, yeni Əməliyyat Modeli barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.