"Comex" birjasında avqust ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti iyulun 22-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 4 150 dollar həddini keçib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar ticarət platformasının göstəricilərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 05:06-ya olan məlumata əsasən, qızılın dəyəri 2.79% bahalaşaraq bir trua unsiyası üzrə 4 151.5 dollar təşkil edib.
Saat 05:35-ə doğru isə füçerslərin artım tempi səngiyib və bir trua unsiyasının qiyməti 4 146 dollar səviyyəsində qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12