"2030-cu ilə qədər Azərbaycanın turizm sektorunda ümumi daxili məhsulun həcmini 11.5 milyard manata çatdırmağı hədəfləmişik".
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, növbəti beş ildə regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə çatacağı gözlənilir.
K.Quluzadə qeyd edib ki, 2030-cu ilə qədər turizmin qeyri-neft-qaz sektorundakı payının 8.2 faizə qədər artacağı planlaşdırılır.
Samir İsayev