Fevralın 4-5-də Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi Bakıya səfər edəcək.
Oxu.Az xəbər verir ki, Nihat Zeybekçinin Bakıda Azərbaycan prezidenti və hökumət üzvləri ilə görüşü planlaşdırılır.
Qeyd edək ki, tərəflər hər iki ölkə arasında iqtisadi əməkdaşlığın bundan sonrakı perspektivlərini müzakirə edəcəklər.