Ukraynanın Dövlət ixraca nəzarət xidməti 2013-cü il üçün silah və hərbi texnikanın xaricə ixracına dair məlumatı dərc edib. Bu informasiya BMT-nin adi silahlı qüvvələrinin qeydiyyatı üçün nəzərdə tutulub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, məlumata əsasən keçən il Ukraynadan 111,2 min ədəd müxtəlif atıcı silahlar və 557 ədəd zirehli texnika, artilleriya və raket qurğusu ixrac edilib.
2013-cü ilin nəticələrinə əsasən Ukrayna müəssisələrindən Azərbaycana 11 ədəd zirehli texnika çatdırılıb.
Stokholm Dünya problemlərinin tədqiqi institutunun (SİPRİ) məlumatına Ukrayna silah və hərbi texnika satan iri ixracatçılar arasında 10-cu yeri tutub.
Ölkənin hərbi ixracı 589 milyon dollardan ibarət olub. Bu reytinqdə birinci yeri 8,3 milyard dollar ilə Rusiya, ikinci yeri 6,2 milyard ilə ABŞ, üçüncü yeri 1,8 milyard dollar ilə Çin tutur. (Lenta.ru)