Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Valyuta hərraclarında satılan dolların məbləği məlum oldu
Dövlət Neft Fondu (SOFAZ) 2017-ci ilin may ayı ərzində valyuta hərraclarında satılan dolların məbləğini açıqlayıb.
Oxu.Az-a Fonddan verilən məlumata görə, ötən ay valyuta hərraclarında 300,3 milyon ABŞ dolları məbləğində vəsait satılılıb.
“Report”un məlumatına görə isə SOFAZ tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvar ayında 285 mln. dollar, fevralda 258,4 mln. dollar, martda 250 mln. dollar, apreldə 220,8 mln. dollar, ümumilikdə cari ilin ilk 5 ayında isə 1 mlrd. 314,5 mln. dollar məbləğində valyuta satılıb.
U.A.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar