Vergilər Nazirliyi vergi borcuna görə əmlakların növbəti partiyasını satışa çıxırıb.
Oxu.Az xəbər verir ki, satışa çıxarılan əmlaklar arasında paltar, torpaq sadəsi, istehsal avadanlıqları var.
Məsələn, Vergilər Nazirliyi vergi borcuna görə Bakıda fəaliyyət göstərən “Ocaq” müəssisəsinin 200 min manatlıq əmlakını hərraca çıxarıb. Vergi ödəyicisi olan “Ocaq” müəssisəsinin Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü, ev 3-də yerləşən qapı və pəncərə istehsalı üçün müxtəlif növ avadanlıq və dəzgahlarına 200 min manat qiymət qoyulub.
İlkin hərracda satılmadığından avadanlıq və dəzgahların qiyməti 10% aşağı salınaraq, 180 min manat müəyyənləşdirilib.
Bakı və Ağcəbədi, Tərtər kimi bölgələrdə torpaq sahələri də satışa çıxarılıb. Novxanıda 0,05 ha bağ sahəsi 30 min manata, Tərtərin Mamırlı kəndindəki 2,6 hektor torpaq sahəsi 5200 manata, eləcə də, bu rayonun Əskipara kəndində 3,26 ha torpaq sahəsi 9700 manata hərraca verilib.
L.Ə.
www.oxu.az