Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vladimir Putin: "BRICS-in dünya ÜDM-dəki payı artıq G7-nin göstəricisini üstələyir"
"BRICS ölkələrinin dünya ümumi daxili məhsulundakı (ÜDM) payı artıq "Böyük yeddiliy"in (G7) göstəricisini üstələyir və artmağa davam edir".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS Biznes Forumunda çıxışı zamanı bildirib.
"Məsələn, baxın. 1992-ci il: "Böyük yeddilik" - 45.5%, eyni ildə BRICS ölkələri - dünya ÜDM-nin 16.7%-i. Bəs indi? 2023-cü il: bizim birliyimiz - 37.4%, "Böyük yeddilik" isə - 29.3%. Və fərq artır. Bu artacaq, bu qaçılmazdır", - deyə Rusiya lideri qeyd edib.
Putin vurğulayıb ki, BRICS qlobal iqtisadiyyatda əhəmiyyətli rol oynayır.
"Tamamilə aydındır ki, bu rol sabah da artacaq. Birliyimizə daxil olan ölkələr, əslində, dünya iqtisadi artımının hərəkətverici qüvvələridir. Məhz BRICS-də yaxın gələcəkdə qlobal ÜDM-in əsas artımı yaranacaq", - deyə Rusiya prezidenti bildirib.
"BRICS" teqi üzrə xəbərlər
- Putin MDB kəşfiyyat xidmətlərinə müraciət etdi
- Paşinyan: "İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır"
- Bakıda Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş olub
- Azərbaycan və Ermənistan arasında sülh danışıqları hansı mərhələdədir? - "Kaspi"nin TƏHLİLİ
- BMT-nin baş katibi: "COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm"