Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Mingəçevir reqatası-2024" başa çatdı: Azərbaycan komandasından əla nəticə
Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, ilk olaraq yarışın sonuncu günündə medal qazanmış idmançılar mükafatlandırılıblar.
Azərbaycan 24 medalla ən çox mükafat əldə edən komanda olub. Yığma üzvlərinə kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusi mükafat verilib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri turniri 24 medalla başa vurublar. Yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.
Azərbaycan təmsilçiləri avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024" beynəlxalq turnirində daha 13 medal qazanıblar, yarışı 24 medalla başa vurublar.
Oxu.Az xəbər verir ki, Azər İlyasov-Tunar Məmmədzadə cütü 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində qızıl medal əldə ediblər.
Onlar akademik avarçəkmədə 1500 məsafəyə yarışda fərqləniblər.
Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş mükafat əldə edib.
2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov-Emil Zeynalov cütü gümüş, Qiyas Əhmədov-Sübhan Həsənov cütü isə bürünc medala yiyələniblər.
Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev - Cahangir Məmmədli, Sabit Abdullayev - Fikrət Həsənov, Məhəmməd Niftullayev - Neymət Həsənov cütləri müvafiq olaraq ilk üç yeri tutublar.
200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov-Sübhan Həsənov cütü qızıl, İvan Vorobianski-Hüseyn Həsənov və Vacib Babayev-Şahin İsayev cütü gümüş medallar qazanıblar.
Son olaraq İbrahim Məmmədzadə-Elmir Tarverdiyev cütü (2010-2011) kayakda üçüncü olublar.
1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov-Raul Şamilov gümüş, Yusif Əliyev - Ruslan Fərəcov bürünc mükafat qazanıblar.
Qeyd edək ki, daha əvvəl idmançılarımız reqatada 11 mükafat əldə ediblər.
Anar Həsənov
"Mingəçevir reqatası-2024" teqi üzrə xəbərlər
- Fərid Qayıbov: "Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik"
- Azərbaycanın daha iki təmsilçisi "Mingəçevir reqatası-2024"də medal qazanıb
- Namibiyadan olan qonaq: "Bizim Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- "Mingəçevir Reqatası-2024": Azərbaycanlı avarçəkənlər ilk günü doqquz medalla başa vurublar
- Vüsal Qurbanov: "Yarışın nüfuzu son illərdə daha çox artıb"
Rəylər