Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Namibiyadan olan qonaq: "Bizim Azərbaycandan öyrənəcəyimiz çox şey var"
"120-yə yaxın ölkəyə səyahət etmişəm, amma dövlətlə Milli Olimpiya Komitəsi arasında sıx əlaqələrin olmasını ilk dəfə Azərbaycanda gördüm".
Oxu.Az xəbər verir ki, bu sözləri Namibiyanın Milli Olimpiya Komitəsinin sədri Abner Axel Xoaqub ilk dəfə işğaldan azad olunmuş Füzuli şəhərində təşkil edilən "Mingəçevir Reqatası-2024" beynəlxalq reqatası barədə jurnalistlərə açıqlamasında deyib.
"İndiyədək 120-yə yaxın ölkədə olmuşam, amma Azərbaycan Milli Olimpiya Komitəsi ilə Dövlət arasında bu qədər sıx əlaqənin heç bir yerdə şahidi olmamışam. Buna görə hər iki tərəfə təşəkkür edirəm. Hər şey idealdır. Azərbaycandan Afrika ölkələrinə ötürmək istədiyim əsas mesaj sülh və əmin-amanlıqdır. İdman insanları birgə əməkdaşlığa dəvət edən sahədir. Biz ölkə olaraq həm mədəniyyət, həm də inkişaf baxımından Azərbaycandan çox şey öyrənməliyik".
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.
Anar Həsənov
"Mingəçevir reqatası-2024" teqi üzrə xəbərlər
- "Mingəçevir reqatası-2024" başa çatdı: Azərbaycan komandasından əla nəticə
- Fərid Qayıbov: "Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik"
- Azərbaycanın daha iki təmsilçisi "Mingəçevir reqatası-2024"də medal qazanıb
- "Mingəçevir Reqatası-2024": Azərbaycanlı avarçəkənlər ilk günü doqquz medalla başa vurublar
- Vüsal Qurbanov: "Yarışın nüfuzu son illərdə daha çox artıb"
Rəylər