Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Volkswagen Bakı Mərkəzində avtomobillərə endirim davam edir – FOTO
Volkswagen Bakı Mərkəzində endirimlər və kampaniyalar davam edir.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
Belə ki, rəsmi idxalçı Volkswagen Jetta, CC və Touareg avtomobillərinin qiymətlərini 10% endirib.
İdeal biznes sedan olan Volkswagen Jetta modelini artıq 21 150 AZN-ə əldə etmək mümkündür. 6 100 AZN ödəməklə (bank, sığorta və rəsmiləşdirmə xərcləri xaric) lizinq vasitəsilə bu avtomobilə sahib ola bilərsiniz.
Volkswagen CC isə indi 32 850 AZN oldu. Avtomobili manatla rəsmiləşən kreditlə də əldə etmək olar. İlkin ödəniş 12 444 AZN (bütün xərclər daxil), aylıq – 833 AZN.
Touaregin qiyməti 76 900 manatdan 69 200 manata düşdü.
Beləliklə, seqmentində qiymət və təchizat parametrlərinə əsasən ən sərfəli avtomobillərdən biri oldu.
2015-ci il istehsalı olan yeni Volkswagen Polo sedan markalı avtomobillərə kampaniya davam edir. Bu avtomobili kredit ilə əldə etmək çox münasibdir. Cəmi 7450 AZN ilkin ödəniş edərək bu modeli 36 aya qədər kreditlə əldə edə bilərsiniz. 36 aylıq kreditlə ödəniş 266 AZN təşkil edir. Bank, sığorta və DYP xərcləri HƏDİYYƏ!
Volkswagen Bakı Mərkəzi digər Volkswagen modellərinin qiymətlərini də endirib. İndi yeni Volkswagen Polo 14 900 AZN-dən, Volkswagen Golf VII 25 500 AZN-dən, Volkswagen Amarok 35 900 AZN-dən, Volkswagen Tiguan 33 900 AZN-dən başlayan qiymətlərlə təklif olunur.
Bütün avtomobillərə yürüşündən asılı olmayaraq 2 il müddətində tam zəmanət verilir. Həmçinin müraciət edən müştərilər salonlarda seçdikləri avtomobilləri test-drive edə bilərlər.
Daha ətraflı: *7788
Babək, pr-i 35a. Volkswagen Bakı Mərkəzi
https://www.facebook.com/VolkswagenAZ
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib