Son beş ildə “Aqrolizinq” ASC vasitəsilə ölkəyə 11 645 baş damazlıq heyvan gətirilib. 2014-cü ildə isə 5 363 baş damazlıq heyvan kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu heyvanlar törəyib artaraq 18,5 min başa çatıb.
Qeyd edək ki, Dövlətin dəstəyi və sahibkarların öz təşəbbüsü ilə Ağcabədi rayonundakı “Aqat-aqro” MMC, Bərdə rayonundakı “Qarabağ aqrar-sənaye kompleksi” MMC, Ağdaş rayonundakı “Türyançay fermer təsərrüfatı”, Ağdam rayonundakı “Qara inək” kəndli-fermer təsərrüfatı, “Azərsun” şirkətinin Biləsuvar rayonundakı heyvandarlıq kompleksi və digər təsərrüfatlar “Aqrolizinq” ASC vasitəsilə ölkəyə idxal olunan damazlıq düyələr hesabına komplektləşdirilib.