Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xidmət rəisi: "Naxçıvanda enerji istehsalı beş dəfə ARTACAQ"
"Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən "Total Energies", "Czech Engineering", "Nobel Energy", "Masdar, ACWA Power", "China Energy" və "Notus" ilə "Yaşıl enerji" layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.
O bildirib ki, bu istiqamət üzrə yol xəritəsi hazırlanır:
"Sözügedən enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib. Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də vardır ki, burada günəşli günlərin sayı çoxdur.
Bu gün Naxçıvandakı stansiyaların generasiya gücü 244.8 MVt-dır. Amma yaxın illərdə 1500 MVt güc əlavə olunacaq. Bu o deməkdir ki, Naxçıvanda enerji istehsalı 5 dəfə artacaq".
"Mövcud günəş elektrik stansiyalarının sahəsi üzərində günəş enerjisi potensialının qiymətləndirmə nəticələrinə görə bir hektar ərazidə təqribən 0.6 meqavat gücündə stansiya qurulduğu və il ərzində 900 min kilovatdan artıq elektrik enerjisi istehsal edildiyi müəyyən olunub. Yəni bu onu deməyə əsas verir ki, Naxçıvanda yaşıl enerji potensialı nəzərdə tutulan 1500 meqavatdan da çoxdur", - deyə M.Abbasov vurğulayıb.
Məhərrəm Əliyev
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Naxçıvanda "Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları" mövzusunda konfrans keçirilib
- İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
- Dövlət büdcəsindən Naxçıvana verilən pullar niyə azaldılır?
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
- Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb