İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqləri keçirib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilənə görə, monitorinqlər zamanı Bakının Yasamal, Abşeron, Nərimanov rayonlarında, eləcə də Gəncə, Şabran, Qusar, Salyan, İsmayıllı, Şəki, Ağdaşda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, 40 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq edilib.
Gülnarə Zeynalova
www.oxu.az